Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fransa prezidenti telefonda mənə vəd verdi ki...” - İlham Əliyev 

Azərbaycan Prezidenti ABŞ və Fransa hökumətlərini məsuliyyətli olmağa çağırıb...

"Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq".

PİA.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilib:

"Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı".

"Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir.

Deməliyəm ki, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub", - dövlət başçısı bildirib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Ən çox oxunanalar